Xəbərlər

Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə təkliflər irəli sürüb
25 iyul, 2016 17:49

Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə Milli Məclisə təkliflər irəli sürüb. 

1news.az-ın verdiyi xəbərə görə, bunu  Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 Azərbaycan  Respublikasının Cinayət  Məcəlləsi  üzrə:

1. Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə təhrik etmə

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə – 1000 manatdan  5000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

2.   143-1.-ci maddəyə aşağıdakı məzmunda maddənin əlavə edilməsi təklif olunur:

143-1.1. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə  –  1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nazirin sözlərinə görə, Cinayət  Məcəlləsinə aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi təklif olunur:

“Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılması”. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə – 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə:

4. 225-ci maddənin  (Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması) 1-ci hissəsi çıxarılsın.

5. Maddə  225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və    metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə – fiziki şəxslər  1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10 000  manatadək məbləğdə cərimə edilir.

6. Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə – 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.