Yeni Zelandiyanın baş naziri Con Key (John Key) 2050-ci ilə qədər ölkədəki bütün siçanlardan və gəmiricilərdən xilas olmaq üçün plan hazırladıqlarını açıqlayıb.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, baş nazir siçanlarla mübarizə planına görə bir şirkət qurulacağını və 4 ildə 20 milyon dollar maliyyə ayrılacağını deyib.
Con Keyin sözlərinə görə, gəmiricilərlə mübarizə üçün Yeni Zelandiyada məşhur olan kivi quşlarının sayının artırılması nəzərdə tutulur. Belə ki, həmin quşlar gəmiricilərin yumurtaları ilə qidalandıqları üçün onların sayının artmasına mane olurlar. Lakin, onlar həmin yumurtaları yedikləri üçün özlərinin də sayı azalır.
Yeni Zelandiya hökuməti də, kivilərin sayını artırmaq üçün plan həyata keçirməyə hazırlaşır.
1news.az