Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 iyul, 2016 00:53
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
1news.az-ın Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş K.Maraevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun iyulun 28-nə təyin edilmiş iclasında baxılacaq.
1news.az