Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib
23 iyul, 2016 21:57
Azərbaycan prezidentiİlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka başsağlığı məktubu göndərib.
Başsağlığı məktubunda deyilir: “Münhendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Qeyd edək ki, dünən Münhendə ticarət mərkəzinə edilən silahlı hücumda 10 nəfər ölüb, xeyli insan yaralanıb.