Qəbələdə zəlzələ olub
23 iyul, 2016 21:27
İyulun 23-də Qəbələdə 3,7 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 17:59-da Qəbələdən 46 kilometr şimal-qərbdə, rayonun ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 19 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.