“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
22 iyul, 2016 16:55
“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır.
1news.az-ın məlumatına görə, yataqdakı 13 saylı dərin dəniz özülündə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilib və 2825-2810 metr intervalından gündəlik 50 ton neft hasilatı ilə istismara daxil edilib.
Onu da bildirək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı