Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iyul ayının 21-də Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edib.
1news.az-ın məlumatına görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerindəcə həllini tapıb.
Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.
1news.az