Xəbərlər

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”nin açılış mərasimi keçirilib - FOTO
21 iyul, 2016 13:00

2016-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Tədbir Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.

Azərbaycan Respublikasınınm Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Təşkilatının 8 000 gənci ətrafında birləşdirdiyini və bu günə qədər vətənpərvərlik, mədəniyyət, sosial məsuliyyət və digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib.  Dövlət Agentliyinin sədri, “Həmrəylik düşərgəsi”ndə könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Mədəniyyət və Turizm nazirinin birinici müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Ədalət Əliyev çıxış edərək, Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli - mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacağını qeyd ediblər.

Sonda layihəyə dəstək olan bütün şirkətlər adından çıxış edən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakının vacibliyini vurğulayıb

Qeyd edək ki, 20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata  keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.