“Starbucks Coffee” Azərbaycanda sayca dördüncü dükanı olan və Bakının ən işlək küçələrindən biri və əhəmiyyətli alış-veriş məkanı sayılan “Torqovaya”da açdı.
Qəhvəyə sevgi Azərbaycanda “Starbucks” ilə yayılmağa davam edir.
Azərbaycandakı ilk mağazasını 2015-ci ildə Bakının yüksək texnologiyalı kommersiya inkişaf bölgəsi olan “Port Baku”da açan “Starbucks” qəhvəni bir həyat tərzi kimi mənimsəyənlərin dəyişməz seçimi olmağa böyüyərək davam edir. Bakıda açılan ikinci və üçüncü “Starbucks” dükanları “28 Mall” və “Ganjlik Mall”da xidmət göstərir. “Starbucks” Bakının ən populyar küçələrindən biri olan “Torqovaya”da açdığı yeni dükanı ilə əsasən bakılı qəhvə həvəskarlarıyla görüşməyi hədəfləyir.
“Starbucks” özünü və yerli mədəniyyəti qeyd etmək və xidmət etdiyi qonşularının hər birinin bənzərsiz xarakterini əks etdirmək üçün hazırlanan səmimi və rahat bir mühiti yaradan bənzərsiz dükanlar hazırlamağa həsr edir. Azərbaycanın bənzərsiz təbiəti və mədəniyyətindən ilham alan “Torqovaya” dükanı da özünə xas arxitektura toxuması ilə Azərbaycan mədəniyyətini əks etdirməyə davam edir.
Küləkdən və özü ilə gətirdiyi yeniliklərdən ilhamlanılaraq yaradılan daxili dizayn, mağazanın yerləşdiyi binanın tarixi və yerli toxuması ilə birləşərək bənzərsiz bir dükan ortaya çıxarır. Binanın orijinal toxumasına sadiq qalaraq bərpa edilən və “Starbucks”ın təbii materialları bir yerə gətirdiyi dekorasiya elementləri ilə “Torqovaya” qəhvə həvəskarlanın bir yerə toplaşacağı görüş nöqtəsi kimi şəhərin mərkəzində yerləşir.
1971-ci ildən bəri dünyanın ən yaxşı qəhvə zənciri
Dünyanın aparıcı qəhvə satıcısı, emalatçısı və xüsusi qəhvə markası olan “Starbucks” 1971-ci ildə Amerikanın Siyetl şəhərində xüsusi qəhvələr satan bir dükanla yola çıxdı. Bu gün dünya üzrə 21 mindən çox dükanı ilə qonaqlarına xidmət edən “Starbucks” hər il dünyada istehsal olunan 100%-lik arabika qəhvə nüvələrinin ən yüksək keyfiyyətə malik 1%-ni seçərək satın alır və həmin mükəmməl keyfiyyətdəki qəhvə nüvələrini 45 ildən çox təcrübəsi və xüsusi üsulu ilə qovrulduqdan sonra qonaqlarına təqdim edir.
85 min müxtəlif içki variantı...
“Starbucks” dünyadakı bütün mağazalarında, dünyanın ən keyfiyyətli arabika nüvələri ilə hazırladığı isti və soyuq espresso əsaslı müxtəlif qəhvə növləri ilə yanaşı xüsusi çaylar, “Frappuccino” növləri, təxminən 15 fərqli nüvə qəhvə alternativindən ibarət olan filtrdən keçirilmiş qəhvə, ya da qəhvə pressi ilə hazırlanan qəhvələrin daxil olduğu 30-dan çox içki növünü qonaqlarına təqdim edir. Hər bir içki qonaqların tələblərinə görə fərqli süd, sirop və soyuq-isti alternativlərilə birlikdə hazırlanarkən “Starbucks”larda 85 min fərqli içki variantı var.
Nüvə qəhvələrini dünyanın qəhvə yetişdirən üç əsas bölgəsindən tədarük edən “Starbucks” Latın Amerikası, Afrika/Ərəbistan yarımadası və Asiya-Sakit Okean regionunda olan 30 ölkədən yalnız 100%-lik arabika qəhvə nüvələrini satın alır.
Azərbaycanlı qəhvə həvəskarlarının ən çox seçdiyi “Starbucks” ləzzətlərinin başında “Caffè Latte”, “Cappuccino” və “Caramel Macchiato” dayanır. Bundan başqa, yeni dadları sınaqdan keçirmək istəyən azərbaycanlı qonaqların mütəmadi olaraq təqdim edilən içki alternativləri arasında “Starbucks” üçün xüsusi bir içki olan “Frappuccino”nu xüsusilə isti yaz günlərində üstünlük verərərk istehlak etdiyini müşahidə edirik.
“Starbucks” haqqında:
1971-ci ildən etibarən “Starbucks Corporation” dünyada ən keyfiyyətli arabika qəhvəsinin etik mənbələrdən təmin edərək qovurmasına start verir. Bu gün dünya üzrə bütün dükanları ilə “Starbucks” ən böyük xüsusi qəhvə satış və qovurma şirkətinə çevrilib.
Mükəmməlliyə cəhd prinsiplərinə sadiq qalaraq və rəhbər prinsiplərimiz ilə bənzərsiz “Starbucks” təcrübəsini hər bir fincan vasitəsilə müştərilərimizə təqdim edirik. Təcrübəni paylaşmaq üçün sizi mağazalarımızda gözləyirik, bizi həmçinin internetdə də ziyarət edə bilərsiniz www.starbucks.com.