Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 22-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı