ABŞ Ermənistanda zorakılıq cəhdlərini pisləyib
20 iyul, 2016 10:46
Vaşinqton Ermənistanda siyasi dəyişiklikləri zorakılıq yolu ilə həyata keçirmək cəhdlərini pisləyir.
1news.az-ın İnterfaks-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
“Biz Ermənistanda və hər yerdə zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyirik və vəziyyətin normalaşdırılması üçün Ermənistan hakimiyyətini təmkinlik nümayiş etdirməyə çağırırıq”.
1news.az