Fransada fövqəladə vəziyyət rejiminin vaxtı uzadılıb
20 iyul, 2016 10:25
Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olma müddətin uzadılmasının lehinə səs veriblər.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.
Qeyd edək ki, ötən ilin noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır.
1news.az