Xəbərlər

​MTRŞ: Maliyyə yardımı ilə bağlı bir televiziya kanalı hesabat təqdim edib
20 iyul, 2016 16:44

"Özəl televiziya kanalları dövlətin bu ilki maliyyə yardımı ilə bağlı hesabatlarını ilin sonuna kimi Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim etməlidir".

1news.az bunu Report-a Şuranın Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə kimi ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı bir televiziya - "Lider TV" MTRŞ-ya hesabat təqdim edib: "Hesabatın təqdim olunması üçün televiziya kanallarının bu ilin sonuna kimi vaxtı var".

T.Məmmədov onu da bildirib ki, ANS televiziyasının yayımı dayandırılsa da, telekanalla MTRŞ arasında olan məhkəmə prosesi davam edəcək və şirkət dövlət tərəfindən ayrılmış 161 min vəsaiti dövlət büdcəsinə geri qaytaracaq.

Qeyd edək ki, bu il mayın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Həmin məbləğ özəl yayımçılar arasında bərabər məbləğdə bölünüb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.