Uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən “Zaman Azərbaycan” qəzeti və qəzetin rəsmi saytı olan Zaman.az bu gün səhər saatlarından etibarən faəliyyətini dayandırıb.
1news.az-ın məlumatına görə, qəzetin baş redaktoru Anar Qaraxançallı Turkustan.info-ya açıqlamasına faktı təsdiqləyərək yaxın saatlarda məsələ ilə bağlı geniş açıqlama veriləcəyini bildirib.
Məsələ ilə bağlı sözügedən qəzetlə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.
Qeyd edək ki, ilk dəfə 1991-ci ilin may ayının 24-də çap olunan “Zaman Azərbaycan” qəzeti Türkiyənin “Zaman” qəzetinin Azərbaycan versiyası idi və Fətullah Gülənin rəsmi mətbuat orqanlarından hesab olunurdu. Bir müddət öncə Türkiyədə dövlət adıçəkilən qəzetə əl qoyulmuş və sahibləri dəyişdirilmişdi.
Xatırladaq ki, “Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
1news.az