Bakını içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib
19 iyul, 2016 11:03
Bu gün Bakının bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, buna səbəb Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəzanın baş verməsidir.
Qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az