Şamaxıda zəlzələ olub
19 iyul, 2016 22:51
İyulun 19-da Şamaxıda 3,0 bal gücündə zəlzələ baş verib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat veriblər.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:41-də Pirquludan 5 kilometr cənub-şərqdə, Şamaxı rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
1news.az