İngiltərədə baş verən atışmada 3 nəfər həlak olub - FOTO
19 iyul, 2016 15:55
İngiltərənin Linkolnşir qraflığında baş verən atışma nəticəsində hücum edən şəxs də daxil olmaqla 3 nəfər həlak olub.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, insident Spoldinq şəhərindəki idman kompleksinin yaxınlığında baş verib.
“Biz odlu silahın istifadə olunması nəticəsində hücum edən şəxs də daxil olmaqla 3 nəfərin həyatını itirdiyini təsdiq edə bilərik. Hadisə ilə bağlı tədqiqata başlamışıq”, - deyə polis nümayəndəsi bildirib. O həmçinin polisin xidməti silahdan istifadə etmədiyini bildirib.
Hadisə yerində terror izinə rast gəlmədiklərini deyən polis yerli əhalini də qətlin baş verdiyi ərazidən kənar durmağa çağırıb.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı