Malidə yaraqlılar hərbi bazanı ələ keçirib, hərbçilər əks hücuma hazırlaşır
19 iyul, 2016 15:41
İyulun 19-da yaraqlılar Malinin mərkəzində yerləşən Nampala şəhərindəki hərbi bazaya hücum edərək onu ələ keçirib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hərbçilər Diabal şəhərində yenidən qruplaşaraq əks hücum üçün hazırlıqlara başlayıb.
Xatırladaq ki, Malidə təhlükəsizlik sahəsində vəziyyət 2015-ci il noyabrın 20-də bir qrup yaraqlının paytaxt Bamakodakı Radisson otelinə basqınından sonra xeyli qəlizləşib.
19 nəfərin ölümünə səbəb olan həmin hücumun məsuliyyətini İŞİD-lə əlaqəsi olan “Əl-Murabitun” qruplaşması öz üzərinə götürüb.
1news.az