Meksikada zəlzələ olub
19 iyul, 2016 13:29
Meksikada 5,0 bal gücündə zəlzələ baş verib.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri Puerto-Madero şəhərindən 5 kilometr cənub-şərqdə, ocağı isə 71 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.
1news.az