Almatanın Daxili İşlər Nazirliyinin rayon bölməsində insanlara atəş açan cinayətkarın saxlanılma anı videokadrlara düşüb.
Silahlı şəxs 3 nəfəri, bunlardan ikisi polis əməkdaşıdır, eləcə də daha iki nəfəri yaralayıb. Bu haqda Ren TV məlumat yayır.
Polisin məlumatına görə, atışma təkcə Almatanın polis rayon şöbələrində baş verməyib. Silahlı şəxs küçədə hərəkət edərək atəş açır.
“Ehtimala görə, həmin şəxs qeyri-ənənəvi dini cərəyan nümayəndəsidir”.
Almatada terrorizmlə mübarizə qərargahından bildirilib ki, hücumedənlərdən bir nəfəri saxlanılıb, digərini isə polis axtarır:
“Bütün şəhər üzrə “Saxlanılma” xüsusi planı həyata keçirilir. Polis əməkdaşları arasında həlak olnallar var. Hücumedənlərdən biri saxlanılıb, digəri isə axtarışdadır”.
1news.az
11.32
Almatada polis bölməsinə hücum nəticəsində ən azı bir polis əməkdaşı həlak olub.
Bu haqda 1news.az RİA Novosti-yə istinadla xəbər verir.
Məlumata görə, hücum edənlər bir neçə nəfər olub. Atışma Almatanın bir neçə rayonunda baş verib. Cinayətkarlardan bir nəfər artıq saxlanılıb. Şəhərdə antiterror əməliyyatı həyata keçirilir.
Polisdən həmçinin bildirilib ki, şəhərdə “qırmızı” hədd – ən yüksək terror təhlükəsi tətbiq edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, bütün hücumların obyekti polis bölmələri olub.
KİV həmçinin tibb məntəqələrinə istinadla bildirir ki, xəstəxanalara 5 yaralı yerləşdirilib.
Xəsarət alanlar haqda daha ətraflı məlumatlar dəqiqləşdirilir.
1news.az