ANS Televizyasının və radiosunun yayımı dayandırılıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə ANS-dən məlumat daxil olub.
Özəl mənbədən əldə etdiymiz məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.
Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.
Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti Türkiyədə baş vermiş hadisələri qətiyyətlə pisləyib, bununla bağlı Türkiyə dövlətinə və prezidentinə dəstəyini ifadə edib.
Mövzu ilə əlaqədar oxuyun:
İlham Əliyev: Türkiyəni bundan sonra heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz
1news.az