Bakı Metropoliteni gedişhaqlarının qaldırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
18 iyul, 2016 16:23
“Bakı Metropoliteni” QSC bir sıra KİV-də sentyabrda gedişhaqlarının 20 qəpikdən 40-50 qəpiyədək qaldırılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bu haqda 1news.az-a QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda gedişlərin qiyməti Tarif Şurası tərəfəindən tənzimlənir:
“Bakı Metropoliteni” tərəfindən qiymətlərin artırılması ilə bağlı heç bir məlumat daxil olunmayıb”.
1news.az