Nuru paşanın əsgərinə məxsus 3 kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub
18 iyul, 2016 13:07
1917-1918-ci illərdə Nuru paşanın rəhbərliyi ilə Bakıya gələn Qafqaz İslam Ordusunun 12-ci alayında xidmət etmiş türk əsgəri Əli oğlu Əhmədə məxsus 3 kitab bu yaxınlarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim olunub.
1news.az-ın məlumatına görə, Əli oğlu Əhmədin nəticəsi Maşidə Niğmət Məmişin muzeyə hədiyyə etdiyi “Şakircan Əlhəmdi Əttəkva. İslam ibadətləri”, “Hacı Əbdülhəmid Hamid Əlbərzənci”, “Əli Nəzima. Mükatibə-ye məxsus tarix kitabları kolleksiyonu” kitabları XX əsrin əvvəllərində Bakıda baş vermiş hadisələrin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, kitablar əski əlifba ilə (türk və Azərbaycan dillərində) qələmə alınıb.
1news.az