Ağdamda zəlzələ olub
16 iyul, 2016 11:30
İyulun 16-da Ağdamdan 24 kilometr qərbdə 3,0 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənAZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 09:58-də qeydə alınan yeraltı təkanın ocağı 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.