Sürücü maşını yolayrıcına çırpdı: özü öldü, iki sərnişini yaralandı
15 iyul, 2016 18:17
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 17:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, Xırdalan şəhər sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1news.az