Günəşin üzərində nəhəng qara dəlik aşkar edilib - VİDEO
14 iyul, 2016 12:45
Günəşin üzərində nəhəng koronar dəlik aşkar edilib.
1news.az-ın NASA-ya istinadən verdiyi məlumata əsasən, ilk baxışdan narahatçılığa səbəb olsa da, alimlərin fikrinə görə bu hadisədə heç bir təhlükə yoxdur.
Qeyd edək ki, dəliyi NASA mütəxəssisləri iyulun 11 aşkar ediblər.
Mütəxəssislərin dediklərinə görə, koronar dəlik Günəşin maqnit sahəsinin ulduzun səthini yarıb çıxdığı yerdir.
Bu dəliklər həftələr və aylar boyunca Günəşin üzərində qala bilir və ulduzun ¼ hissəsinədək ərazini əhatə edə bilər.
Bu hadisənin bizim planetimiz və onun canlıları üçün həç bir təhlükəsi yoxdur.
1news.az