Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə təkbətək görüşü olub
14 iyul, 2016 10:55
İyulun 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Pyotr Poroşenkonun təkbətək görüşü olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ukrayna Prezidenti P.Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulandı.
Qeyd olundu ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az