Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Zalsburq” (Avstriya)–“Metallurq” (Liyepaya, Latviya) oyununda kuryoz hadisə baş verib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən , meydan sahiblərinin müdafiəçisi Andreas Ulmer 1:0 hesabı ilə qalib gəldikləri matçı Almaniyanın “Leyptsiq” klubuna məxsus formada keçirib.
Buna oyun zamanı heç kim fikir verməyib. Çünki hər iki klub “Red Bull” konserninə məxsusdur və eyni emblemli formada çıxış edirlər. Yeganə istisna klubun adlarıdır ki, bu da loqonun üzərində yazılıb. Ulmerdə “Zalsburq” əvəzinə “Leyptsiq” yazılıb.
Hadisənin səbəbi məlum deyil. Kluba buna görə sanksiya verilib-verilməyəcəyi hələ dəqiqləşməyib. Ulmer bütün karyerasını Avstriyada keçirərək 2009-cu ildən “Zalsburq”da oynayır. O, heç vaxt “Leyptsiq”də çıxış etməyib.
1news.az