Bəşər Əsəd: Putin bir dəfə də olsun mənim vəzifədən getməyimi istəməyib
14 iyul, 2016 20:43
Suriya lideri deyib ki, nə Rusiya prezidenti, nə də ki, xarici işlər naziri onun vəzifədən getməsini müzakirə etməyiblər.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, Bəşər Əsəd Amerikanın NBC kanalına müsahibəsində onların bu barədə bir dəfə də olsun söz açmadıqlarını bildirib.
Müsahibədən əvvəl yayılan məlumatlarda deyilir ki, Kerri ilə Putinin qarşıdan gələn görüşündə Suriya liderinin istefasını nəzərdə tutan sövdələşmə müzakirə olunmalıdır.
1news.az