Ukraynada Kirovoqrad şəhərinin adı dəyişdirilib
14 iyul, 2016 18:19
Ukraynanın Ali Radası “Dekommunizasiya haqqında” qanun çərçivəsində Nikolayevsk, Odessa və Xarkov vilayətlərində bir sıra yaşayış məntəqəsinin və bir rayonun adını dəyişib.
1news.az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata əsasən, qərara əsasən Kirovoqrad şəhəri Krapivnitskiyə dəyişdirilib.
Odessanın Komintern rayonu Liman rayonuna, şəhər tipli Komintern qəsəbəsi isə Dobroslav adlarını alıblar.
Nikolayevsk vilayətinin Komsomolski rayonu Blaqodarovka, Sniqurovsk rayonun Krasnoe Znamya qəsəbəsi isə Lyubomirovka olub.
1news.az