Bakı metrosunda filmlərimizə həsr olunan sərgi açılır
14 iyul, 2016 14:40
Sabah saat 11:00-da Bakı metrosunun “Gənclik” stansiyasında növbəti sərginin açılışı olacaq.
1news.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi çərçivəsində təşkil olunan sərginin sponsoru “Lenovo” şirkətidir.
Qeyd edək ki, “Gənclik” stansiyasının köhnə mehmanxana tərəfdə olan keçidində reallaşdırılacaq sərgi Azərbaycan kinematoqrafiyasına həsr olunub. Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq.
1news.az