Xəbərlər

Son 6 ayda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 98 995 nəfər artıb
13 iyul, 2016 23:30

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 98 995 nəfər artaraq 1 iyul tarixinə 3 279 149 nəfərə çatıb. 

1news.az-ın məlumatına görə, sığortaolunanlardan 30 yaşa qədər olanlar 684 140 nəfər (20,8 faiz), 30-40 yaşlarında olanlar 826 243 nəfər (25,2 faiz), 40-50 yaşlarında olanlar 659 202 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 692 240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1 946 089 nəfəri (59,3 faiz) kişilərdən,  digərləri qadınlardan ibarətdir. 

Qeyd edək ki, fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur.

Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti fəaliyyət göstərir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.