Britaniyanın keçmiş daxili işlər naziri Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın baş naziri təyin edilib.
1news.az-ın məlumatına görə, T.Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça II Elizabet tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib.
Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.
Xatırladaq ki, yeni baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının lehinə səs verib.
Böyük Britaniyanın yeni baş naziri Aİ-dən çıxmağa səs verən britaniyalıların bu istəyini yerinə yetirəcəyini vəd edib.
1news.az