Xəbərlər

Yardımlıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib
13 iyul, 2016 19:01

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

1news.az-ın məlumatına görə, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının İctimai – siyasi və humanitar məsələlər üzrə müavini Əfsanə Məmmədova Yardımlıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xətt nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan  kimi tanınır.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.

S.Salahlı bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov,Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, rayonun Perinbel kənd ağsaqqalı Hacı Mirhəqiqət Həsənov, şəhər 2 saylı məktəbin müəllimi Ruslan Ataşov, YAP Çayüzü kənd təşkilatının sədri Hüseyn Vəliyev, rayon ağsaqqallar şurasının sədri Heybət Mirzəyev çıxış edərək həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan Yardımlıda tam dini sabitliyin olduğunu vurğulayıb, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin yayılmasının qarşısının alınmasının daim nəzarətdə saxlanıldığını bildiriblər. 

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.