Venesuela ordusu ərzaq təchizatını nəzarətinə alıb
13 iyul, 2016 16:21
Venesuela ordusu əhalini ərzaq və medikamentlərlə təmin etmək üçün limanları və qida sənayesi müəssisələrini nəzarət altına götürüb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, ölkənin prezidenti Nikolas Maduro ordunya qida məhsullarının istehsalı və paylaşılması barədə əmr imzalayıb.
Ölkədə müdafiə nazirinin rəhbərliyi altında ərzaq təchizatını təmin dəcək xüsusi idarə yaradılıb.
Qeyd edək ki, iqtisadiyyatı neft ixracatından asılı olan Venesuala hal-hazırda tarixinin ən ağır və ciddi böhranını yaşayır.
Beynəlxalq valyuta fondunun proqnozuna görə, bu il Venesuelada inflyasiya 720% aşacaq.
1news.az