Prezident İlham Əliyev İtaliyada çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı İtaliya prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyanın baş naziri Matteo Renziyə də oxşar başsağlığı məktubu göndərib.
1news.az