ABŞ İrandan 32 ton ağır su alıb
12 iyul, 2016 09:20
İran XİN-nin rəhbərinin müavini Abbas Araqçı ölkəsinin ABŞ-a 32 ton ağır su satdığını bəyan edib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə,
Bu anlaşma 8,6 milyon dollara başa gəlib.
“Biz ABŞ-a 32 ton ağır su satmışıq və pulunu artıq almışıq. Ağır su ABŞ-a göndərilib”, - deyə, Araqçı qeyd edib.
1news.az