Sanders rəsmi olaraq Klintonu dəstəkləyərək, seçki kampaniyasını tərk edib
12 iyul, 2016 21:05
ABŞ prezidenti postuna Demokratlar Partiyasından namizəd Berni Sanders rəsmi olaraq partiya üzrə rəqibi Hillari Klintonu dəstəkləyərək seçki kampaniyasını tərk edib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, Respublikaçılar Partiyasından əsas namizəd Donald Tramp isə Sandersin Klintona dəstəyini saxtalaşdırılmış sistemin bir hissəsi adlandırıb.
“Hillari Klintonun ABŞ-ın növbəti prezidenti olacağından əmin olmaq üçün mən əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Sanders bildirib.
1news.az