Ana 2 yaşlı uşağını yarım ay ac-susuz buraxıb
12 iyul, 2016 19:26
Rusiyanın Xabarovsk vilayətində 2 yaşlı uşağını 2 həftə boyunca ac susuz saxlayan yerli sakin barədə cinayət işi qaldırılıb.
1news.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata əsasən, acından arıqlayıb pis hala düşən uşaq qonşular tərəfindən tapılıb.
Uşağı aşkar edən qonşular polis çağırıblar.
Məlum olub ki, ana uşağı evdə qoyub 2 həftə öncə evi naməlum istiqamətdə tərk edib.
Ana valideynlik hüququndan məhrum edilib.
Uşaq hal-hazırda himayədar ailədədir, onu həyatına heç bir təhlükə yoxdur.
1news.az