Mədəniyyət və turizm naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək
12 iyul, 2016 16:03
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 20-də saat 10:30-da İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı