Xəbərlər

“Azercell” bölgələri qarış-qarış gəzir
12 iyul, 2016 14:51

Bütün Azərbaycanın sevimli operatoru olan “Azercell” isti yay mövsümü boyunca ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzməkdədir. Artıq 4-cü ildir ki, “Azercell” Azərbaycanın regionlarında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır.

Bu yay “Azercell”in 50-ə yaxın əməkdaşı xüsusi layihə çərçivəsində səyyar müştəri xidməti funksiyasını həyata keçirir. Bu zaman müştərilər üçün həm səyyar satış təşkil olunur, həmçinin yeni məhsul və xidmətlər onlara  maraqlı formatda təqdim olunur. Layihə boyunca müxtəlif rayon sakinlərinə fərqli əyləncəli proqramlar təqdim olunur, onlar arasında maraqlı oyunlar, müsabiqələr keçirilir.

Bölgələrdə həyata keçirilən layihələr “Azercell”in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı təmasların artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir. Bu cür kampaniyalar, həmçinin, abunəçilərin tələb və ehtiyacları ilə yaxından tanış olmağa şərait yaradır.

“Azercell Telekom”un bölgələrdə keçirdiyi maraqlı layihənin daha bir məqsədi abunəçiləri yeni məhsullarla daha yaxından tanış etməkdir. Çünki, bu tədbirlər müştərilərin özlərinə uyğun məhsul və ya xidmətin seçimində onlara kömək edir. “Azercell” tərəfindən aparılan bu kampaniya hər il yüz minlərlə insanı əhatə edir, şirkətin öz müştəriləri ilə birbaşa ünsiyyət qurmasına yardımçı olur.  

Qeyd edək ki, hazırda “Azercell” şirkəti Bakı və Abşeron yarımadasından kənarda yaşayan müştəriləri üçün “Bölgələrdə limitsiz danışıq” kampaniyasını həyata keçirir. “Azercell” əməkdaşları bölgə sakinləri ilə görüşdə həm də bu cəlbedici kampaniya haqqında yerli əhaliyə ətraflı məlumat verirlər. Belə ki, “Bölgə” tarifində olanlar günlük limitsiz danışıq paketinə qoşulmaqla “Azercell”lilərlə gün boyu istənilən qədər danışa bilərlər.

“Azercell”in bölgə səfərləri, rayonlarda keçirilən aksiya və göstərilən xidmətlər haqqında mütəmadi olaraq “Azercell”in Facebook səhifəsindən məlumat almaq mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s.

Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil edib. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. “Azercell” Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. “Azercell” dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan “Telia Company” şirkətlər qrupunun bir hissəsidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.