Böyük Britaniyanın yeni baş naziri qadın olacaq
11 iyul, 2016 23:38
Böyük Britaniyanın daxili işlər naziri xanım Teresa Mey ölkənin yeni baş naziri olacaq.
1news.az-ın məlumatına görə, Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildiyini açıqlayıb.
A. Lidsomun qərarından sonra Mühafizəkarlar Partiyasının liderinin seçilməsi üçün səsvermə keçirilməsinə ehtiyac qalmayıb və bu vəzifəni, eləcə də baş nazir postunu 59 yaşlı T.Meyin tutacağı qətiləşib. O, Britaniya tarixində Marqaret Tetçerdən sonra baş nazir kreslosuna əyləşəcək ikinci qadın olacaq.
Hazırda baş nazir Devid Kemerondan postun təhvil alınması üçün vaxtın müəyyən edilməsi məsələsi müzakirə olunur.
1news.az