Keçən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb
11 iyul, 2016 20:37
Cari ilin iyun ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 28 halda 39 nəfər saxlanılıb.
1news.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxslərin 21 nəfəri Azərbaycan Rеspublikası, 3 nəfəri Nigeriya, 3 nəfəri Özbəkistan, 3 nəfəri Qvineya, 2 nəfəri İran İslam Rеspublikası, 2 nəfəri Kamerun, hər ölkədən bir nəfər оlmaqla Pakistan, Ukrayna, Tacikistan, Qırğızıstan, Kot-Divuar vətəndaşı оlub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 5 nəfər, Xəzər dənizində 22 halda 31 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 612 halda 889 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
1news.az