İtaliya sahillərində 217 miqrantın cəsədi dənizdən çıxarılıb
08 iyul, 2016 10:48
İtaliyalı xilasedicilər ötən ilin aprelində Aralıq dənizində batmış katerdən 217 miqrantın cəsədini çıxarıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, qəza vaxtı təxminən 500 nəfər batmışdı.
Bu hadisə, Yaxın Şərqdə müharibələrdən qaçan miqrantlarla bağlı ən ağır itki olmuşdu.
Minlərlə insan hər il ağzınacan dolmuş gəmilərdə Aralıq dənizini keçərək Avropaya çatmaq istəyir.
Ötən il ərzində Aralıq dənizini keçmək istəyən 3770 nəfərin batdığı güman edilir.
1news.az