Blatter qulağının bir hissəsini itirdi
08 iyul, 2016 20:46
FİFA-nın sabiq prezidenti Yozef Blatter xərçəng xəstəliyi ilə bağlı növbəti əməliyyat keçirib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, əməliyyat zamanı Blatterin sol qulağının bir hissəsi kəsilib.
80-yaşlı Blatter iyulun 7-si Zürixin xəstəxanalarından birində əməliyyat olunub.
Məlumata əsasən, əməliyyat uğurlu alınıb, lakin xəstəlik FİFA-nın sabiq prezidentini narahat edir.
1news.az