Bakıda körpələr evi və uşaq bağçası qarət olundu
07 iyul, 2016 15:36
Bakıda yerləşən körpələr evi və uşaq bağçası qarət olunub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki “Körpələr evi”nin birindən və uşaq bağçasından pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.
Xətai və Sabunçu polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.
1news.az