Braziliya sahillərində antibiotiklərə davamlı bakteriya aşkar olunu
06 iyul, 2016 12:33
Braziliyanın Rio-de-Janeyro şəhərinin sahillərində antibiotiklərə davamlı bakteriya aşkar edilib.
1news.az-ın xarici KİV-lərə istindaən verdiyi məlumata əsasən, bu haqda yerli mediklər xəbər veriblər.
“Biz superbakteriyanı 1 il ərzində 5 çimərlikdə axtarırdıq. Müxtəlif konsentrasiyada mövcudluğunu aşkar etdik. Suyun çirklənməsinin səbəbi – xəstəxanaların tullantılarıdır. Digər tullantılarla birgə okeana “superbakteriya” da düşüb. Onun insan orqanizminə necə təsir etdiyi hələ məlum deyil”, - deyə, mediklər qeyd ediblər.
Xatırladaq ki, cari ilin avqustun 5-dən 21-dək Rio-de-Janeyorda yay Olimpiya oyunları keçiriləcək.
1news.az