Bu gün Ramazan ayının iyirmi doqquzuncu günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:31-ə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
İyirmi doqquzuncu günün duası:
“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”
Tərcüməsi:
“Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!”
Qeyd edək ki, sabah, Şəvval ayının 1-i Fitr bayramıdır.
Allah tutduğunuz orucları qəbul etsin!
1news.az