İndoneziyada kamikadze özünü polis bölməsində partladıb
05 iyul, 2016 09:58
Bu gün İndoneziyanın Surakarta şəhərində kamikadze polis bölməsinə hücum edib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, kamikadze motosikletlə polis bölməsinə girərək özünü partladıb.
Teraktdan sonra vaxtı ilə Surakarta şəhərinin valisi olmuş İndoneziyanın prezidenti Coko Vidodo bu hadisə ilə bağlı şübhəliləri həbs etmək əmri verib.
Məlumata əsasən, kamikadzenin İŞİD-lə bağlı olması ehtimal olunur.
1news.az