Xəbərlər

Azərbaycan Slavyan Gənclər Assosiasiyası Qareqin Njdeyə heykəl qoyulmasını pisləyib
05 iyul, 2016 18:46

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri" Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb.

Diasporla Iş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata əsasən, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.

“1948-ci ildə Njde Qaregin hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovski sentral”da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələrinin nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir”-deyə məktubda bildirilir.

Məktubda Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələri xatırladılıb və bildirilib ki, Rusiyanın strateji tərəfdaşı kimi mövcud qətnaməyə qoşulan Ermənistan,  faşist rejiminə sədaqət andı içən şəxsi  qəhrəmana çevirir, onun böyük miqyaslı təbliğatını aparır.

 “Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirələrinə göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi öz nəzarətinizə götürəcəsiniz və hər zaman olduğu kimi Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək, Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız”-deyə məktubda qeyd olunub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.